EN

Bakının bu ərazisində ağac yola aşdı - Nəqliyyat vasitələrinin hərəkətində çətinlik yarandı

Xətai rayonu, Babək prospekti, köməkçi yolda ağac yolun hərəkət hissəsinə aşıb.

Day.Az bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.

Bildirilir ki, nəticədə də nəqliyyat vasitələrinin Günəşli qəsəbəsi istiqamətində hərəkətində çətinlik yaranıb.

Sürücülərə yolda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.

Chosen
3
24
day.az

10Sources