EN

“Sabunçu keçidi”ndə "Ford" batdı:iki nəfər boğularaq öldü- VİDEO

Bölgələrdə və paytaxt Bakıda yağan aramsız yağış ziyansız ötüşməyib. Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb. Belə ki, paytaxtın “Sabunçu keçidi” adlanan ərazisində tunelə su dolması nəticəsində Ford” markalı avtomobil batıb.

FHN əməkdaşları və vətəndaşlar avtomobildə köməksiz vəziyyətdı qalan şəxsləri xilas etmək istəsələr də nəticə verməyib. İki nəfər suda boğularaq ölüb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Videonu təqdim edirik:

Chosen
22
11
avtosfer.az

10Sources