EN

"Bu qədər çirkinləşməyi özümə sığışdırmıram" - İNFLUENSER DANIŞDI

Bir neçə gündür "İnstagram" sosial şəbəkəsində influenser və dizayner Aynur Xəlilova (By_aynur__) ilə influenser Arzu Məmmədova (Arzu.ja) arasında qalmaqal yaşanıb. SİA xəbər verir ki, buna səbəb Aynur Xəlilovanın “Hərşeyşünas” verilişində tanınmış dinşünas və ilahiyyatçı Elşad Mirinin səsləndirdiyi fikirlər olub.

İndi isə Aynur Xəlilova mövzu ilə bağlı “İnstagram” sosial şəbəkəsində mövzu ilə bağlı hekayə paylaşıb. O, yazısında bunları bildirib: “Dostlar, mən son sözümü dedim. Əsaslandırdım. Xəbər və maqazin səhifələrinin altındakı şərhlər kimin kim olduğunu deyir. Həddini aşan hər bir insan hüquq və qanun çərçivəsində cavabını alacaq. Son sözümü də kanalda yazdım. Bu mövzu ilə bağlı yazdığım son “story”dir. Həddini aşan hər bir insan artıq vəkilimdə hüquq mühafizə orqanlarında. “Story”də yox”.

Qeyd edək ki, Aynur Xəlilova kanalında “Ətrafım və izləyicilərimin yazdığı bir şey var: “Aynur, səviyyəni salma”. Yoldaşım da dedi ki, “Dediyini dedin, mədəni və əsaslı. Gerisi sənə və bizə yaraşmır”.

Bir blogger mənə elə fotolar göndərib ki və mesajı da bu oldu ki, “Çaşsa, paylaş”. Amma bu qədər çirkinləşməyi özümə sığışdırmıram. Heç kim çörəyi qulağına yemir. Mən də çıxıb hər şeyi danışa bilərəm. Həddini bilməyən, itirməyə həyası, abrı olmayan hər insan istənilən ssenarini danışa və cümlə olaraq paylaşa bilər. Və o danışılanları sübuta yetirməyən hər bir insan şərəfsizdir, əxlaqsızdır, namussuzdur. Bu qədər”.

Ayşən Vəli

Chosen
14
sia.az

1Sources