EN

Neft Emalı Zavodunda yanğında xəsarət alan olmayıb

Bu gün Bakı Neft Emalı Zavodunda baş verən yanğın nəticəsində xəsarət alan olmayıb.

Bu barədə “APA-Economics” "SOCAR Downstream Management" MMC-ə istinadən xəbər verir.

“Hadisə nəticəsində xəsarət alan yoxdur. Əlavə məlumat təqdim olunacaq”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Bakı Neft Emalı Zavodunun koks qurğusunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən alov söndürülüb.

Chosen
10
16
azpolitika.info

10Sources