EN

Ece Seçkin üsyan etdi: Bu qədər də olmaz!

Ece Seçkin ötən axşam Kiprdə səhnəyə çıxıb. Türk və Yunan toplumlarından geniş tamaşaçı kütləsi qarşısında çıxış edən Seçkin tamaşaçılara unudulmaz anlar yaşatdı.
Sherg.az xəbər verir ki, konsertdən əvvəl mətbuat mənsublarının suallarını cavablandıran Seçkin son günlər ölkə gündəmində geniş əks-səda doğuran yeni doğulmuş uşaq cinayətləri ilə bağlı fikirlərini bölüşüb.

Yaşadığı çətin prosesdən danışan Seçkin 2 aylıq hamilə ikən körpəsini itirdiyini bildirib və bu ağrını dərindən hiss etdiyini dilə gətirib.


Tanınmış sənətçi emosional açıqlamasında bu ifadələrə yer verib: “Nə deyim. Düşünmürəm ki, bizim nəsildən heç kim son illərdə qarşılaşdığımız pisliklərə məruz qalmayıb. Biz heyvan hüquqlarından, qadın qırğınlarından danışarkən, indi körpə qətllərindən danışırıq. “Bu qədər də olmaz” deyirik, amma təəssüf ki, daha çox qarşılaşırıq. Bu ağrını mən də yaşadım, körpəmi itirdim. Dünən bütün gecəni yata bilmədim, hal-hazırda ağlamamağa çalışıram. Həyat yoldaşımla Allaha təslim olduq, inanırıq ki, övladımızı doğru zamanda qucaqlayacağıq".
Chosen
16
sherg.az

1Sources