EN

Sabiq prezidentə 20,6 il həbs cəzası verildi

Məhkəmə Perunun keçmiş prezidenti Alexandro Toledonu (2001-2006) Braziliyanın Odebrecht tikinti korporasiyası ilə bağlı korrupsiya işi üzrə 20,5 il müddətinə azadlıqdan məhrum edib.

Bakupost.az xəbər verir ki, bu barədə Peru məhkəmə sisteminin "X" hesabında bildirilib.

"Məhkəmə, Respublikanın keçmiş prezidenti Alexandro Toledonu "Okeanlararası magistral" işində sui-qəsd və çirkli pulların yuyulması cinayətlərinə görə 20 il 6 ay həbs cəzasına məhkum etdi", - xəbərdə deyilir.

Məhkəmənin fikrincə, Toledo 35 milyon dollar rüşvət müqabilində Odebrecht-ə Braziliya və Perunu birləşdirən magistralın iki hissəsinin tikintisi üçün müqavilə əldə etməyə kömək edib.

Toledo 2023-cü ilin aprelində ABŞ səlahiyyətliləri tərəfindən son illərdə yaşadığı Kaliforniya ştatında həbs edilib və vətəninə təhvil verilib. Eks-prezidentin həbsinə dair order 2017-ci ildən qüvvədədir.

Zaur, BakuPost


Chosen
2
2
bakupost.az

7Sources