EN

Türkeşin qızından Baxçalıya sərt etiraz: "Öcalanla bağlı sözünə inana bilmədim, bu, kimsənin həddi deyildir"

MHP lideri Dövlət Baxçalının PKK terror təşkilatının lideri Abdullah Öcalanla bağlı  “Gəlsin, Türkiyə Böyük Millət Məclisində DEM sıralarına daxil olsun, çıxış eləsin, terrorun bitdiyini elan eləsin" sözləri Türkiyə siyasətində təlatüm yaradıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Baxçalının bu gözlənilməz bəyanatına "Bozqurdlar"ın mərhum lideri Alparslan Türkeşin qızı, İYİ partiyanın deputat Ayyüce Türkeş sərt reaksiya verib.

“Körpə qatili və terror liderini məclisə dəvət edən və ondan çıxış etməsini istəyən Dövlət Baxçalını qınayıram. Hər kəs oturduğu kürsünün məsuliyyətini bilməlidir. Təəssüf, heç kəs Alparslan Türkeşin kreslosunda oturub terroru dəstəkləyə bilməz".

Türkeşin qızı daha sonra bildirib ki, zatən parlamentdə PKK-nı dəstəkləyən xeylıi deputat var: "Türkiyə Böyük Millət Məclisində kifayət qədər terrorçu varkən kimsənin terrorçbaşını parlamentə soxmaq həddi deyildir".

Firudin Səfərli

MÄ°A.AZ

Chosen
25
mia.az

1Sources