EN

Renat Dadaşov əməliyyat edildi - neçə həftə oynaya bilməyəcək?

"Ankaragücü"nün azərbaycanlı hücumçusu Renat Dadaşov ən azı 4-6 həftə oynaya bilməyəcək.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu qasıq nahiyyəsində yırtıq olduğu üçün əməliyyat olunub.

Bu barədə klubun rəsmi saytı məlumat verib.

Dadaşov sonuncu dəfə ötən həftə birinci liqanın 9-cu turunun “Yeni Malatyaspor”la oyununda (3:0) meydana çıxmışdı.

saytlarin hazirlanmasi

Chosen
14
1
sportal.az

2Sources