EN

Sabunçu sakinləri çıxılmaz vəziyyətdə

ki gündür fasiləsiz yağan yağış Bakıda hərəkəti iflic etdiyi kimi insanların hərəkətini də məhdudlaşdırıb. Küçələri, məhəllələri, həyət evlərini, binaların zirzəmilərini su basıb.

XALQ.AZ xəbər verir ki, Sabunçu rayonu Anaşkin küçəsində məhəllələr dizə qədər su ilə dolub. Su bir çox evlərə qədər qalxıb.

Elşən Mehdiyev 22 küçəsində də binaların zirzəmisi su ilə dolub. Bina sakinləri evlərindən çıxa bilmir. Yağış suları binanın pilləkənlərinə qədər qalxıb.

Həmçinin məlumat verir ki, Sabunçu rayonu,Maştağa qəsəbəsi sakinləridə çıxılmaz vəziyyətə düşüblər.   Belə ki,yollardakı vəziyyətə görə taksilər də sözügedən əraziyə girmir.

Chosen
29
xalq.az

1Sources