EN

Daha bir virus yayılır — Siçanlardan insanlara keçir

Nigeriyanın cənubunda yerləşən Edo əyalətində heyvanlardan insanlara keçən və ölümcül ola bilən Lassa qızdırmasına 240 nəfər yoluxub, 21 nəfər ölüb.

Demokrat.az
xarici mediaya istinadən xəbər verir ki, Edo əyalətinin səlahiyyətliləri Lassa qızdırmasının səbəb olduğu ölüm sayının artması səbəbindən həyacan təbili çalıb.

Əyalətin səhiyyə işçilərindən biri olan Dr. Cozef Okoeqale verdiyi açıqlamada Lassa qızdırması epidemiyasının müxtəlif bölgələrə yayıldığını bildirib.

Okoequale əyalətdə 240 Lassa qızdırması hadisəsinin aşkar edildiyini və onlardan 21 nəfərin öldüyünü qeyd edib. Bu il ölkə daxilində 170-dən çox insan məhz bu xəstəlikdən ölüb. Hökumət xəstəliyin müalicəsi üçün 3 dərman təyin edib.

Lassa qızdırması ilk dəfə 1969-cu ildə Nigeriyanın şimal-şərqindəki Borno əyalətində aşkar edilib. Xəstəlik siçanlarla ötürülür və insandan insana keçə bilər. Səlahiyyətlilər əhalini siçan və digər gəmiricilərlə təmasdan çəkinməyə çağırır.


Lassa qızdırması nədir?

Lassa qızdırması ölümcül ola bilən viral qızdırma xəstəliyidir. İlk dəfə 1969-cu ildə Nigeriyanın Borno əyalətindəki Lassa şəhərində görülüb. Xəstəlik adətən insanlara siçan nəcisi, sidik və ya tüpürcək yolu ilə keçir. Virus insanlara yoluxmuş siçanların nəcisi, sidiyi və ya tüpürcəyi ilə birbaşa təmasda, çirklənmiş qidaların istifadəsi və ya bu virusla təmasda olan səthlərlə işləmə zamanı ötürülə bilər.

Yoluxmuş şəxs qan, sidik, tüpürcək və ya digər bədən mayeləri ilə təmas yolu ilə virusu başqa insanlara ötürə bilər. Risk xüsusilə tibb işçiləri arasında yüksəkdir.

Lassa qızdırması üçün xüsusi peyvənd yoxdur. Antiviral dərman ribavirin Lassa qızdırmasının müalicəsində təsirli ola bilər. Dəstəkləyici müalicə də xəstəliyi idarə etməyə kömək edir.

Jalə
Demokrat.az
Chosen
17
1
demokrat.az

3Sources