EN

“Qarabağ” - “Ayaks” matçının hakimləri açıqlandı

Bakı. Trend:

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının Liqamərhələsinin III turunda Niderlandın “Ayaks” klubu ilə keçirəcəyiev oyununun hakimləri açıqlanıb.

Trendİdman.biz-əistinadən xəbər verir ki, UEFA oktyabrın 24-də Bakıda təşkilolunacaq görüşü Şotlandiyadan olan hakimlər briqadasına həvaləedib.

Matçın baş hakimi Nikolas Uolş olacaq. Ona Qrem Stüart və KalumSpens kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kristofer Qrehemyerinə yetirəcək. Kevin Klensi VAR, Con Biton AVAR olacaq.Hakim-inspektor funksyası Mehmet Murat İlqaza (Türkiyə) tapşırılıb.UEFA nümayəndəsi isə Aldi Topçiu (Albaniya) olacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionundakeçiriləcək matç saat 20:45-də başlayacaq.

Chosen
19
12
az.trend.az

10Sources