EN

Çay kənarında meyiti tapılan qadının kimliyi bilindi

Göygöl rayonunda çay kənarında meyiti tapılan qadının kimliyi müəyyənləşib.

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə həmin şəxsin Gəncə şəhər sakini, 1947-ci il təvəllüdlü, Ruhi-Əsəb Dispanserində qeydiyyatda olan, Şərqiyyə Məmmədova olması müəyyən edilib. Ekspertizanın rəyinə əsasən Ş. Məmmədova ürək tutmasından dünyasını dəyişib.

Chosen
16
3
qafqazinfo.az

10Sources