EN

Bərdədə əvvəl həyat yoldaşını, sonra özünü bıçaqlayan şəxs həbs olunub

Oktyabr ayının 3-də 1976-cı il təvəllüdlü Ayaz Qasımovun Bərdə şəhəri ərazisində 1978-ci il təvəllüdlü Gülnar Qasımovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd edib.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə istintaq edilən cinayət işi üzrə Ayaz Qasımova həmin maddə ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Qeyd edək ki, hadisə Bərdə bazarında baş verib. 46 yaşlı Gülnar Qasımova həyat yoldaşı Ayaz Qasımov tərəfindən bıçaqlanıb.

Hadisədən sonra Ayaz Qasımov özünə də xəsarət yetirib. Onlar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Chosen
5
14
azpolitika.info

10Sources