EN

AFFA rəsmisinə UEFA-dan yeni təyinat

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçular arasında Avropa çempionatının pley-off mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan – İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.

Oktyabrın 25-də Gürcüstanın paytaxtı Tbilisidə yerləşən “Mixail Mesxi 2” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Chosen
2
9
futbolinfo.az

10Sources