EN

Göygöldə çayda 77 yaşlı qadının meyiti tapılıb YENİLƏNİB

Göygöldə çayda tapılan meyitin kimliyi müəyyən edilib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Xezerxeber.az-a bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində həmin şəxsin Gəncə şəhər sakini, 1947-ci il təvəllüdlü, Ruhi-Əsəb Dispanserində qeydiyyatda olan Şərqiyyə Məmmədova olması müəyyən edilib.

Ekspertizanın rəyinə əsasən Ş. Məmmədova ürək tutmasından dünyasını dəyişib.

21/10/2024

22:38

Göygöl Rayon Polis Şöbəsinə Gəncə Çayının rayon ərazisindən keçən hissəsində qadın meyiti olması barədə məlumat daxil olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Hələlik şəxsiyyəti müəyyən edilməyən meyit müvafiq ekspertizaya təqdim edilib.

Üzərində zorakılıq əlamətləri aşkarlanmayan meyitin kimliyinin müəyyən edilmısi istiqamətində tədbirlər davam etdirilir.

21:56

Göygöldə çaydan meyit tapılıb.

Xezerxeber.az xəbər verir ki, Gəncəçayın Göygöl rayonu ərazisindən keçən hissəsində orta yaşlı qadın meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Chosen
5
7
xezerxeber.az

10Sources