EN

Universitetin binası yağışa niyə tab gətirmədi? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə yayılan görüntülərə görə, yağış suları Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 3-cü korpusunda auditoriyadakı masaların üstünə tökülüb.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən Lent.az-a bildirilib ki, yağan güclü yağış səbəbindən III tədris binasında auditoriyaya su damıb:

"Sözügedən tədris korpusunun yerləşdiyi bina köhnə olduğundan bu kimi halın yaşanması, təəssüf ki, qaçılmaz olub. Bununla belə, vəziyyətə dərhal müdaxilə edilib və yaranan problem qısa zamanda aradan qaldırılıb. Eyni zamanda bildirmək istərdik ki, vəziyyətlə bağlı təhsilalanların sağlamlığı üçün heç bir risk yaranmayıb. Sözügedən hal sonuncu dərsin bitməsinə yaxın yaşanıb. Bu zaman müəllim vəziyyəti ələ alaraq dərhal tələbələri kənar masalara yönəldib və dərsi tamamlayıb. Su daman hissədə tələbələrin olmadığı görüntülərdən də aydın görünür.

Ümumilikdə, binaların tədrisəyararlı halda olması və cari problemlərin aradan qaldırılması məqsədi ilə hər mövsümdə cari təmir işləri həyata keçirilir. Sözügedən tədris binası nisbətən köhnə olduğundan infrastrukturunda müəyyən problemlər mövcuddur və bunların zamanla aradan qaldırılması, infrastrukturun yenilənməsi məqsədi ilə iş aparılır.

Konkret yaşanan hala gəldikdə isə, diqqətinizə çatdırmaq istərdik ki, bütün fəsadlar və onların yaratdığı nəticələr qeydə alınıb və qış mövsümünə hazırlıq işləri çərçivəsində bütün bu problemlər aradan qaldırılacaqdır".

***

Ötən gündən başlayan intensiv yağışlar nəticəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını (ADRA) və Azərbaycan Pedaqoji Universitetini binasında da problem yaşanıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

Akademiyanın dəhlizində yağış suları tavandan axmağa başlayıb. Eyni hal digər universitetdə də qeydə alınıb. 

Həmin görüntüləri təqdim edirik: 

 
 
Chosen
8
5
musavat.com

7Sources