EN

“İranın qonşuları İsrailin öz ərazilərindən qisas almaq üçün istifadə etməsinə icazə verməyəcək”

Bütün qonşu ölkələr Tehranı əmin ediblər ki, onlar İsrailin öz ərazilərindən istifadə edərək İrana qarşı cavab hücumu təşkil etməsinə icazə verməyəcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə respublikanın xarici işlər naziri Abbas Əraqçi Küveytdə keçirdiyi mətbuat konfransında bildirib.

"Bütün qonşularımız bizi əmin ediblər ki, ərazilərinin və hava məkanının İran İslam Respublikasına qarşı istifadəsinə icazə verməyəcəklər", - deyə Əraqçi IRIB TV-də yayımlanan bəyanatda bildirib.

İranlı diplomat bildirib ki, İran regional aktyorların bu zəmanətlərini Tehrana dostluq və xoş niyyət əlaməti kimi görür və bunu bütün dost və qonşu ölkələrdən gözləyir.

Nazir İsrailin İranın nüvə infrastrukturuna hücumla hədələməsi ilə bağlı suala cavabında vurğulayıb ki, “sionist rejimin törətmədiyi cinayət qalmayıb”.

O, bəyan edib ki, bütün Yaxın Şərq ölkələri yəhudi dövlətinin İslam Respublikasına və İranın nüvə obyektlərinə edilən istənilən hücuma qarşıdır və bu, beynəlxalq hüquqa görə cinayət sayılır.

“Təəssüf ki, bütün bu cinayətlər ABŞ və bəzi Avropa ölkələrinin dəstəyi ilə davam edir”, - deyə Əraqçi əlavə edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran İsrailin nüvə obyektlərinə qarşı təhdidləri ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyi və BMT Təhlükəsizlik Şurasına rəsmi şikayət edib.

Chosen
46
operativmm.az

1Sources