EN

"İqlim dəyişikliyi ilə bağlı ən çox boşluq miqrasiya sahəsindədir"- Pərvanə Vəliyeva

 

İqlim dəyişikliyini yaradan elə insanın özüdür. İnsan fəaliyyətinin nəticəsində yaranan iqlim dəyişikkiyindən elə ən çox əziyyət çəkən də insanın özüdür.Missiya.Az xəbər verir ki, bunu COP29 Təşkilat Komitəsinin üzvü, "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru,deputat Pərvanə Vəliyeva “COP29- Yaşıl strategiya, iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzifələr” məsələsinə həsr olunan dəyirmi masada deyib.Onun sözlərinə görə, dünyada elə bir ölkə yoxdur ki, iqlim dəyişikliyindən təsirlənməsin."Qlobal cənubda Afrikada, Latın Amerikasında qlobal istiləşmə daha da artır ki, bundan ən çox əziyyət çəkən də məhz sözügedən kasıb ölkələr, aşağı gəlirli ölkələr və kiçik ara dövlətlərdir.  İqlim dəyişikliyinin fəsadlarından baş verən daşqınlarda, torpaq sürüşmələrində, insanların evləri, xəstəxanalar dağılır, qlobal istiləşmələrdə ən çox kənd təsərrüfatı, fermerlər əziyyət çəkir.  İnsanlar həm iqtisadi cəhətdən, həm sağlamlıq cəhətdən, həm psixoloji cəhətdən əziyyət çəkirlər".Pərvanə Vəliyeva onu da qeyd edib ki, iqlim dəyişikliyi ilə bağlı ən çox boşluq miqrasiya sahəsindədir.Leyla SƏMƏNDƏRMissiya.Az

Chosen
18
missiya.az

1Sources