EN

"Sülh müqaviləsini Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayırıq"- Ziyafət Əsgərov

Ermənistan hər vasitə ilə sülh müqaviləsinin bağlanmasını əngəlləməkdə davam edir.

News365.az xəbər verir ki, bunu vitse-spiker Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında deyib. 

O qeyd edib ki, hazırda Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddialarda “Dağlıq Qarabağ” ifadəsindən istifadə edilir: 

“Belə olan halda sülh müqaviləsi necə imzalana bilər? Bir daha xatırlatmaq istəyirəm ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasının qarşısını alan bu ölkənin öz konstitusiyasıdır. Çünki Ermənistan konstitusiyasında və Müstəqillik aktında “Dağlıq Qarabağ Ermənistan ərazisidir” deyə qeyd var. Əgər sözügedən aktdan və konstitusiyadan “Dağlıq Qarabağ Ermənistan ərazisidir” ifadələri çıxarılmadığı halda sülh müqaviləsi imzalana bilməz”.

Vitse-spiker əlavə edib ki, sülh müqaviləsinin bağlanması üçün Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları götürülməlidir:

“Bu müqavilənin imzalanması üçün Ermənistanda referendum keçirilməlidir. Biz müqaviləni Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayırıq. Bu müqavilənin arxasında Ermənistan xalqının siyasi rəyi durmalıdır". 

Chosen
5
7
news365.az

8Sources