23 ildir mövcud olan “Wikipedia”da Azərbaycan şəhidləri haqqında məqalələr birdən-birə silinib.
News365.az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O, həmin məqalələrin platformanın tələblərinə, qaydalarına uyğun şəkildə hazırlanmasını təklif edib:
“Çünki “Wikipedia”nın əsas tələbi məqalələlərin tərəfsiz, neytral fikirlərlə yayımlanmasıdır.
Bu sahədə könüllülərin sayı artırılmalı, proqram təminatı yaxşılaşdırılmalı, biliklər dərinləşdirilməlidir.
Bu təmin edilərsə, erməni “Wikipedia”çılara bu məsələdə də qalib gələ bilərik”.