EN

Balığı qadının ürəyini deşdi

İndoneziyada italyan sörfçü Giulia Manfrini qılınc balığının hücumuna məruz qalıb.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, ilə toqquşduqdan sonra onu xilas etmək mümkün olmayıb.

36 yaşlı Manfrini oktyabrın 19-da səhər Pulau Masokut adasında sörfinq edib. Qəfildən sudan tullanan qılınc balığı iti burnu ilə təsadüfən qadının sinəsinə dəyib. Onun ürəyini beş santimetr dərinlikdə deşib.

Sörfçü hələ də kömək üçün yaxınlıqdakı dostlarını çağırmağa gücü çatırdı.

Ona ilkin tibbi yardım göstərdilər və təcili yardım çağırdılar. Manfrini xəstəxanada dünyasını dəyişib.

Hazırda qadının qalıqlarının İtaliyaya qaytarılması məsələsi həll edilir.

Manfrini 1988-ci ildə İtaliyanın Venaria Reale kommunasında anadan olub və bir neçə il əvvəl Portuqaliyaya köçüb. O, ixtisaslı hüquqşünas, xizək və snoubord təlimatçısı və sörf üzrə məşqçi idi.

Chosen
14
medianews.az

1Sources