EN

Evə başqa qadın gətirən ərini öldürdü, həbs olunmadı - Bakıda idmançının qətlinin TƏFƏRRÜATI

2022-ci il sentyabrın 2-də Bakının Xətai rayonu Neapol küçəsində qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Hadisə olan Neapol küçəsi, 41 ünvanında üzərində çoxsaylı bıçaq xəsarətləri ilə Nurani Qalabəylinin meyiti aşkar edilib. Şübhəli şəxs qismində mərhumun arvadı 1987-ci il təvəllüdlü Əfsanə Qalabəyli saxlanılıb.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Nurani Qalabəylinin bədən səthində 14 ədəd bıçaq yarası aşkar edilib.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

"Naxçıvandan Bakı şəhərinə köçdükdən sonra Nurani mütəmadi spirtli içkilər qəbul edib və evə pozğun qadınlar gətirməyə başlamışdı. Nuraninin bu hərəkətlərinə etiraz etdikdə yoldaşım məni döyürdü. Nurani bir neçə dəfə Rəsmiyyə adlı qadını evimizə gətirərək, onunla qonaq otağında cinsi əlaqədə olub. Vəziyyət o yerə çatmışdı ki, övladlarımız atalarının digər otaqda qadınlarla əlaqədə olmasını başa düşmüşdü. Nuraninin bu hərəkətlərinə dözməyimin yeganə səbəbi uşaqlarımın olması idi. Rəsmiyyə adlı qadın da Nuranidən qorxurdu. Ərim bir dəfə onu da döyüb, burnundan qan açılıb, evlərinə təcili yardım işçiləri gəlib.

Sentyabrın 2-də Nurani yenə məni təhqir etməyə başlayıb və Rəsmiyyəni evə gətirib onunla yaşayacağını dedi. Buna görə onu bıçaqla vurub yaralamaq fikrinə düşdüm. Düşündüm ki, ərim xəstəxanada olduğu müddətdə, övladlarımla bir neçə gün rahat nəfəs alarıqr. Yataq otağına daxil olandan sonra əvvəl boyun nahiyyəsinə zərbə enidirdim, üzünü mənə çevirdiyi an xəsarətlər yetirməkdə davam etdim. 3 zərbə vurmağım yadımdadır, qalan zərbələri necə vurduğumu xatırlamıram. Nurani yaralanmasına baxmayaraq qəzəbli halda üzərimə gəldi. Mən də əlimdə bıçaqla bloka çıxıb qonşuların qapılarını döydüm. Qışqıraraq polis və tibbi yardım çağırmaları üçün yalvardım, lakin heç kim qapını açmadı. Qısa müddətdən sonra polis əməkdaşları gələrək məni bölməyə apardılar".

Əfsanə Qalabəyli əlavə edib ki, Nuranini necə vurmasını uşaqları görməyib, onlar həmin vaxt qonşu otaqda olublar.

"Nikahdan 4 övladları dünyaya gəlib. Qardaşım yaşca məndən böyük olduğu üçün münasibətimizdə məsafə vardı. Tez-tez telefonla danışırdıq, ay ərzində 3-4 dəfə görüşürdük. Heç vaxt onların yaşadığı evdə olmamışam. Sentyabrın 2-də yaşadığımız ərazinin sahə rəisi mənə zəng edərək, qardaşımın arvadı Əfsanə tərəfindən öldürüldüyünü bildirdi. Nuraninin yaşadığı mənzilə çatanda, meyitini qonaq otağının gişində, dəhlizdə olduğunu gördüm. Üzərindəki paltarlar və döşəmə qana bulaşmışdı. Sonradan qardaşımın yaşadıqları evə qadın gətirib, onunla 3 il müddətində cinsi əlaqədə olmasını öyrəndim. Buna görə də, Əfsanə ilə Nuraninin münasibəti yaxşı deyilmiş".

"Bir müddətdən sonra Nurani cinsi əlaqədə olmağı təklif etdi və məni yaşadığı mənzilə aparacağını dedi. Arvadı və uşaqları olan mənzilə getməyəcəyimi söyləyəndə, Nurani mənə yoldaşının buna etiraz etməyəcəyini bildirdi. Bundan sonra onunla birgə Nuraninin evinə getdim. Əfsanə mənə xoş gəldiyini və sərbəst olmağımı dedi. Nurani ilə qonaq otağında cinsi əlaqədə olduq. Axırıncı dəfə hadisədən bir həftə əvvəl onların evində olmuşam".

Şahid Ulduz Əliyeva ifadəsində göstərib ki, sentyabrın 2-də evdə olanda səs-küy eşidib:

Chosen
5
11
cebheinfo.az

10Sources