EN

"Lassa" qızdırması 21 nəfərin həyatınason qoydu

Nigeriyanın cənubundakı Edo əyalətində 2Lassa" qızdırması epidemiyasından 21 nəfər ölüb. 

Oxu24.com  xarici KİV-ə istinadən xəbər verir ki,  Edo əyalətinin səhiyyə rəsmisi Dr. Cozef Okoeqale "Lassa" qızdırması epidemiyasının ştatın müxtəlif bölgələrinə yayıldığını və ümumilikdə 240 hadisənin aşkar edildiyini bildirib.

Bu il ölkə daxilində 170-dən çox insan "Lassa" qızdırması səbəbindən dünyasını dəyişib. Hökumət xəstəliyin müalicəsi üçün üç dərmanın müəyyən edildiyini açıqlayıb. 

"Lassa" qızdırması ilk dəfə 1969-cu ildə Nigeriyanın şimal-şərqindəki Borno əyalətində aşkar edilib. Xəstəlik siçan nəcisi ilə ötürülür və insandan insana keçə bilər. Səlahiyyətlilər əhalini siçan və digər gəmiricilərlə təmasdan çəkinməyə çağırır.

 

Chosen
8
2
oxu24.com

4Sources