Ermənistan sülh müqaviləsinin bağlanmasını əngəlləməkdə davam edir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Ziyafət Əsgərov deyib.
O bildirib ki, sülh müqaviləsinin bağlanması üçün Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları götürülməlidir: “Bu müqavilənin imzalanması üçün Ermənistanda referendum keçirilməlidir. Biz müqaviləni Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayırıq. Bu müqavilənin arxasında Ermənistan xalqının siyasi rəyi durmalıdır”.