EN

ABŞ-də helikopter radio qülləsinə çırpıldı

ABŞ-nin Texas ştatında helikopterin radio qülləsinə çırpılması nəticəsində biri uşaq olmaqla 4 nəfər ölüb.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin Texas ştatının Hyuston şəhərində “Robinson R44” tipli özəl tur helikopteri radio qülləsinə çırpılıb. Qəzada radio qülləsi uçarkən, helikopter yerə çırpılıb.

Helikopterin qəzaya uğramasından sonra başlayan yanğını söndürmək üçün əraziyə yanğınsöndürənlər göndərilib. Polisdən verilən açıqlamada qəzada biri uşaq olmaqla 4 nəfərin öldüyü bildirilib. Hyuston bələdiyyə sədri Con Uitmir verdiyi açıqlamada yanğından bir neçə dəqiqə sonra yanğınsöndürmə qrupunun hadisə yerinə gəldiyini və qəza səbəbindən bölgədə elektrik enerjisinin kəsildiyini bildirib.

Səlahiyyətlilər tərəfindən edilən şərhdə, helikopterin hadisə yerindən təxminən 15 dəqiqə uzaqlıqdakı Ellington Fielddə uçuş-enmə zolağından havaya qalxdığı və qəza ilə bağlı araşdırmanın yerli səlahiyyətlilər, Federal Aviasiya İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən başladığı ifadə edilib.

Chosen
6
cebheinfo.az

1Sources