EN

“Xaricdə yaşayanların onlayn qaydada səsvermə hüququ olmalıdır” - Deputat

"Bu günlərdə Moldovada seçkilər keçirildi və orada hətta referendumun nəticələrini xaricdə yaşayan moldavanların verdiyi səs dəyişdi. Azərbaycan vətəndaşlarının da əhəmiyyətli hissəsi  xarici ölkələrdə işləyirlər, yaşayırlar”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, onların yaşadıqları, işlədikləri şəhərlərin hamısında bizim seçki məntəqələri yaratmaq imkanımız yoxdur:

“Ona görə də, onlar bu imkanlardan məhrum olurlar. Bir çox ölkələrin də təcrübəsi var. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Bəlkə bələdiyyə seçkilərinə qədər heç olmasa pilot layihə kimi bir neçə seçki dairəsində vətəndaşlara onlayn qaydada səsvermə hüququnun tanınması haqqında məsələyə baxaq. Bunu icra hakimiyyəti orqanları ilə də müzakirə edə bilərik. Onlar özlərinin PİN kodlarını daxil etməklə onlayn qaydada öz səslərini verə bilsinlər”.

Anar Kəlbiyev

Chosen
14
unikal.az

1Sources