EN

Ancelina Coli sevgilisi ilə oteldə gizli görüşüb

Hollivud ulduzu Ancelina Coli ingilis reper Akala ilə oteldə iki gecə keçirib...

Hollivud aktrisası Ancelina Coli sevgilisi olduğu iddia edilən britaniyalı reper Akala ilə oteldə gizli görüşüb.

Poliqon xəbər verir ki, bu barədə “The Sun” pabloidi məlumat yayıb.

Ulduzlara yaxın bir insayder bildirib ki, Akala keçən həftə Ancelina Colinin qaldığı Londondakı “The Corinthia” otelinə gəlib. Mənbənin sözlərinə görə, reper və aktrisa iki gün oteldə qalıb, daha sonra “Soho House” restoranında şam yeməyinə gediblər.

“Cütlük çərşənbə və cümə axşamı gecələrini oteldə birlikdə keçirdilər və ayrılmadılar. Akala cümə günü Britaniya Film Festivalında onun yeni filminin premyerasına bir neçə saat qalmış Anjelinanın maşınlarından birində oteldən ayrılıb”, deyə insayder bildirib.

Qeyd edək ki, daha əvvəl Ancelina Colinin 68-ci London Film Festivalında premyeradan sonra reper Akala ilə görüntüləndiyi bildirilirdi.

Poliqon.info

Chosen
18
poliqon.info

1Sources