EN

Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub, indi də belədir - Simonyan

Ermənistan parlamentinin sədri Alen Simonyan keçmiş Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə o, Ermənistan parlamentində bildirib.

Qeyd edək ki, Alen Simonyan bir neçə gün əvvəl "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində bildirmişdi ki, Azərbaycan Qarabağda əməliyyatı BMT-nin ən azı 3-4 qətnaməsi çərçivəsində həyata keçirib.

Ermənistan parlamentinin bugünkü iclasında müxalif fraksiyadan olan deputat Geqam Manukyan müsahibəsində dediyi bu sözləri Simonyana irad tutaraq, "Siz bu tezisi hardan almısınız ki, Azərbaycanın Arsaxa (Qarabağ) hücum etmək hüququ vardı və BMT qətnamələri buna imkan verirdi" sualını ünvanlayıb.

Alen Simonyan bunun cavabında bildirib ki, hər sözdə hansısa məna axtarmaq, hər kəlməni müxtəlif cür yozmaq olar.

"Lakin fakt faktlığında qalır ki, bizim haqqında danışdığımız ərazi (Qarabağ - red.) Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub, indi də belədir", - deyə erməni spiker vurğulayıb.

Milli.Az

Chosen
7
16
milli.az

10Sources