EN

Ərdoğan 16-cı BRICS Liderlər Zirvəsinə qatılacaq

Bakı, TurkicWorld

Builki BRICS Liderlərinin Sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

TurkicWorld xəbər verir ki, oktyabrın 22-24-də Tatarıstanın paytaxtı Kazanda keçiriləcək olan BRICS Liderlərinin Sammitində Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı nəzərdə tutulub.

Bugün keçiriləcək 16-cı BRICS Liderlər Zirvəsi, qlobal iqtisadi nizama alternativ yaratmaq və üzv ölkələr arasında iqtisadi həmrəyliyi gücləndirmək məqsədilə liderləri bir araya gətirəcək.

Türkiyənin marağının artdığı BRICS təşkilatı 2010-cu ildə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika tərəfindən yaradılıb.

Son illərdə BRICS-in əhatə dairəsi genişlənərək, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də təşkilatın yeni üzvləri arasında qatılıb.

Qeyd edək ki, BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) dünyada Qərbin hegemonluğuna qarşı iqtisadi və geosiyasi alternativ yaradan əsas birləşmələrdən biridir. Qrupun əsas məqsədi, Qərbin qlobal ticarət və maliyyə sistemindəki üstünlüyünü balanslaşdırmaqdır. Çin və Rusiyanın liderliyində olan BRICS, Qərbin ən güclü iqtisadi birliyi olan G7-nin geosiyasi rəqibi kimi çıxış edir.

10 üzvü olan BRICS ölkələrinin əhalisi təxminən 3,5 milyarddır. Bu, dünya əhalisinin 45 faizi deməkdir.

Onu da qeyd edək ki, BRICS üzv ölkələri dünya xam neft hasilatının 44%-ni təmin edir və dünya iqtisadiyyatının təxminən 25%-ni təşkil edir. Qrupun məqsədi üzvlər arasında ticarətdə yerli valyutalardan istifadəni artırmaqdır, bu da dolların üstünlüyünə alternativ bir iqtisadi düzən yaratmaq niyyətini gücləndirir.

Bu xüsusiyyətləri ilə BRICS təşkilatı, Qərb dövlətlərinin formalaşdırdığı G7-nin geosiyasi rəqibi kimi qəbul edilir. G7 daha çox inkişaf etmiş Qərb ölkələrini təmsil edərkən, BRICS, çoxqütblü qlobal nizamın yaranmasına doğru inkişaf edən ölkələri təmsil edir.

Chosen
8
turkic.world

1Sources