EN

Lənkərançayda suyun səviyyəsində artım qeydə alınıb

“Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunsa da, respublika ərazisindən axan əksər çayların sululuğunda artım qeydə alınmayıb”.

APA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

“Lakin Lənkəran-Astara bölgəsinə yağan leysan xarakterli intensiv yağıntılarla əlaqədar Lənkəran rayonu ərazisindən axan Lənkərançayda suyun səviyyəsində 7 sm artım müşahidə olunur”, - o əlavə edib.
Chosen
2
21
sherg.az

10Sources