EN

Bundesliqanın rəsmi səhifəsi Mahirdən paylaşım etdi - FOTO

Almaniyanın əsas Bundesliqasının rəsmi səhifəsi “Nürnberq”də forma geyən Azərbaycan millisinin üzvü Mahir Emrelini paylaşıb.

Sportinfo.az xəbər verir ki, paylaşımda “derbi günündə səfərdə 4:0 hesablı qələbə!” sözləri yazılıb.

Mahir Emreli Almaniya II Bundesliqasında “Qroyter”lə matçda baxımlı qola imza atıb.

O, görüşün 13-cü dəqiqəsində 25 metrlik məsafədən qol vurmaqla hesabı açıb. Nəticədə “Nürnberq” səfərdə “Qroyter”i 4:0 hesabı ilə məğlub edib.

Chosen
22
sportinfo.az

1Sources