EN

Sinvardan sonra HƏMAS-a kim rəhbərlik edəcək? - İsrailin sui-qəsdlərindən sonra əhəmiyyətli dəyişikliyə gedilib

Yəhya Sinvarın İsrail ordusu tərəfindən öldürülməsin sonra HƏMAS-a kimin rəhbərlik edəcəyi məlum olub.

"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, Sinvarın yerinə yeni liderin təyin olunmayacağı və HƏMAS-ın mart ayına qədər Qətər mərkəzli bir komitə tərəfindən idarə olunacağı bildirilir.

Vəzifəsi "müharibə zamanı, müstəsna hallarda və gələcək üçün qrupun planlarını idarə etmək" və "strateji qərarlar qəbul etmək" olan komitə üzvləri - Qəzza nümayəndəsi Xəlil əl-Hayya, İordan çayının qərb sahili nümayəndəsi Zaher Kaberin, fələstinlilərin xaricdəki nümayəndəsi Xalid Meşal, Məşvərət Şurasının sədri Məhəmməd Dərviş və təhlükəsizlik səbəbiylə adı açıqlanmayan siyasi büro katibindən ibarətdir. Komitənin bütün üzvlərinin Qətərdə olduğu bildirilir.

Qeyd edək ki, İsrailin qısa zaman ərzində iki HƏMAS liderini - İsmayıl Haniyə və Yəhya Sinvarı öldürməsi belə bir qərarın alınmasına səbəb olub.

"AzPolitika.info"

1Sources