EN

“Bu prosesdə iştirak həm də, vətəndaşlıq borcudur”

Oktyabrın 21-də-də Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi Şirvan Peşə Liseyində "Qarabağın quruculuğunda iştiraka təşviq" layihəsi çərçivəsində dördüncü – sonuncu tədbirini keçirdi.

Tədbiri giriş sözü ilə açan liseyin direktor müavini Günel Əliyeva 44 günlük Vətən Müharibəsinin qələbə ilə nəticələnməsinin Azərbaycan üçün yeni mərhələnin başlanğıcı olduğunu bildirdi.

Direktor müavini əlavə olaraq qeyd etdi ki, biz qalib xalq statusunu şərəflə daşımağı bacardıq. “Tarixi kökümüzə nəzər salqsaq görərik ki, biz bu ada layiqiq” – deyə fikrini tamamlayan G.Əliyeva çıxış üçün sözü layihə rəhbəri Qasım Həsənova verdi. Q.Həsənov Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad eilməsini təklif etdi. Şəhidlərin ruhu bir dəqiqəlik sükütla yad edildi. Layihə rəhbəri tədbirin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutuduğunu dedi.

Q.Həsənov tədbirin təşkilində yaxından köməklik göstərdikləri üçün Azərbaycan Respublikası Prezident Admnistrasiyasına, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Şirvan şəhər İcra hakimiyyətinə və Şirvan Peşə Liseyinin rəhbərliyinə minnətdarlığını bildirdi.

Chosen
9
1
cebheinfo.az

2Sources