EN

Rumıniya əzmkar qələbə ilə liderliyini davam etdirdi - İCMAL

Bu qrupda 4-cü tur favoritlərin növbəti qələbələri ilə əlamətdar oldu.

Kosovo Cənubi Kipri darmadağın etməklə qrupda intriqanın ölməsinə imkan vermədi. Zədəli olan əsas qol silahı Muriqisiz oynamaq məcburiyyətində qalan Kosovo buna baxmayaraq, ardıcıl 3-cü qələbəsini qazandı. Bu, komandanın son 6 ildə ən yaxşı seriyasıdı. Kosovoluların sonuncu dəfə belə seriyası 2018-ci ildə olmuşdu. Qrupun autsayderi Litva qrupun lideri Rumıniya ilə ev oyununda erkən qolla sürpriz şəkildə hesabı açsa da, davamını gətirə bilmədi. Hələ ilk yarıda hesabı bərabərləşdirən Rumıniya ikinci hissədə “Trabzonspor”lu Draquşun qolu ilə əzmkar qələbə qazandı.

Bu qrupda bütün suallara gələn ay Buxarestdə keçiriləcək Rumıniya – Kosovo oyununda aydınlıq gələcək. Rumınlara liderliyi rəsmiləşdirmək üçün həmin qarşılaşmada heç-heçə də kifayət edəcək.

C liqası, 2-ci qrup
Kosovo - Cənubi Kipr 3:0 (1:0)

Kosovo: Muriç, Voyvoda, Amir Rrahmani (Aliti, 77), Dellova, Rrudhani, Emerllahu, Yaşari, Jeqrova (Sahiti, 77), E.Krasniqi, Raşitsa (Musliya, 16), Albion Rrahmani (Asllani, 77).
Cənubi Kipr: Dimitriu, Karo (Antoniu, 72), Andreu, Layfis, Yoannu (Pileas, 46), Artimatas, Xaralampus, Loizu, Kastanos (Mamas, 72), Makris (Tsionis, 72), Pittas (Sotiriu, 77).
Qollar: Amir Rrahmani, 30 (1:0). E.Krasniqi, 52 (2:0). Sahiti, 71 (3:0).
Vərəqələr: Layfis, 7. Jeqrova, 8. Yoannu, 8. Loizu, 79 – sarı.
Hakim: Matey Yuq (Sloveniya).
15 oktyabr. Priştina. 12863 tamaşaçı

Litva – Rumıniya 1:2 (1:1)
Litva: Gertmonas, Şirvis (Çernıx, 75), Lekiatas, Girdvaynis, Tutişkinas (Milasius, 59), Gineytis, Vorobyovas (Matuleviçyus, 80), Qolubiçkas (Doljnikov, 59), Slivka, Lasiçkas, Kuçiş (Paulauskas, 80).
Rumıniya: Nitse, Ratsiu, Draquşin, Burka, Soresku, Stançiu, M.Marin, R.Marin (Olaru, 72), Man (Haci, 84), Miheyla (Koman, 72), Draquş.
Qollar: Kuçiş, 7-p (1:0). R.Marin, 18-p. (1:1). Draquş, 65 (1:2).
Vərəqələr: Slivka, 48. Burka, 63. Kuçiş, 77. Gineytis, 85. Koman, 90+3 – sarı.
Hakim: Nikolas Uolş (Şotlandiya).
15 oktyabr. Kaunas. 2585 tamaşaçı

1. Rumıniya 4 4 0 0 11-2 12
2. Kosovo 4 3 0 1 9-4 9
3. Cənubi Kipr 4 1 0 3 1-10 3
4. Litva 4 0 0 4 3-8 0
15 noyabr: Rumıniya – Kosovo, Cənubi Kipr – Litva.

Chosen
11
football-plus.az

1Sources