EN

Blinken İsrailə səfər edib

ABŞ-nin dövlət katibi Entoni Blinken İsrailə səfər edib.

Missiya.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilir ki, amerikalı diplomat Qəzza zolağında atəşkəs danışıqlarının bərpası və anklavın gələcəyini müzakirə etmək məqsədilə Yaxın Şərqə növbəti dəfə səfər edib.

Məlumata görə, Blinkenin səfəri bir həftə davam edəcək və bu müddət ərzində o, İordaniya və Qətərə də səfər edəcək.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də İsrail və HƏMAS arasında müharibənin başlamasından bəri bu Blinkenin Yaxın Şərqə 11-ci səfəridir.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
17
missiya.az

1Sources