EN

Çempionlar Liqasında III tura start veriləcək

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turuna start veriləcək.

İqtisadiyyat.az xəbər verir ki, hələ qələbə qazana bilməyən “Milan” azarkeşləri önündə “Brügge”ni qəbul edəcək. “Arsenal” “Şaxtyor”ka, “Yuventus” isə “Ştutqart”la qarşılaşacaq.

Madrid “Real”ının rəqibi Dortmund “Borussiya”sı olacaq.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, III tur

22 oktyabr

20:45 Milan (İtaliya) – Brügge (Belçika)

20:45 Monako (Fransa) – Srvena Zvezda (Serbiya)

23:00 Arsenal (İngiltərə) – Şaxtyor (Donetsk, Ukrayna)

23:00 Aston Villa (İngiltərə) – Bolonya (İtaliya)

23:00 Jirona (İspaniya) – Slovan (Slovakiya)

23:00 Yuventus (İtaliya) – Ştutqart (Almaniya)

23:00 PSJ (Fransa) – PSV (Niderland)

23:00 Real (İspaniya) – Borussiya (Dortmund, Almaniya)

23:00 Şturm (Avstriya) – Sportinq (Portuqaliya)

Chosen
8
32
iqtisadiyyat.az

10Sources