EN

Bakı konfransı əməkdaşlarının geyim forması necə olacaq?

İqlim konfransı müddətində COP29 tədbirlərində fəaliyyət göstərəcək 10 min nəfərdən artıq əməkdaşın istifadə edəcəyi uniforma geyimləri ictimaiyyətə açıqlanıb.

Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat ofisindən məlumat verilib. Bildirilib ki, iqlim konfransının korporativ rəng və üslubuna uyğun hazırlanmış bu geyim formaları sessiya çərçivəsində müvafiq əməliyyatların təşkilində və icrasında iştirak edəcək heyət üzvləri arasında bərabərliyi, komanda ruhunu və ekoloji məsuliyyəti vurğulamaq məqsədilə vahid sitildə işlənib. İşçilərin rahatlığını və funksionallığını gerçəkləşdirmək üçün xüsusi dizaynlı uniforma dəstlərinə uzunqol və qısaqol polo köynəklər, şalvarlar, kepkalar, hudi jiletlər, bel və çiyin çantaları daxil edilib.

COP29 iqlim konfransının formatına uyğun olaraq uniforma komplektlərinə daxil olan elementlərdə dayanıqlılıq prinsipi əsas götürülüb. Bu elementlər ekoloji cəhətdən təmiz və təkrar emal edilə bilən materiallardan hazırlanıb ki, bu da COP29-un iqlim dəyişmələri ilə mübarizə üzrə öhdəliyini əks etdirir.

Chosen
12
43
xalqqazeti.az

10Sources