EN

“Ölkəmizi neft-qaz gəlirlərindən məhrum emək istəyirlər” – ZAHİD ORUC

 “Ölkəmizi böyük neft-qaz gəlirlərindən məhrum emək istəyirlər. Yüz illərlə qurulan infrastrukturu məhv edib, əhalinin daimi təminatlarına zərbə vurmağa çalışan beynəlxalq qüvvələr var.

Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin üzvü Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin iqlim problemləri ilə bağlı keçirdiyi Dəyirmi Masada çıxışı zamanı bildirib.

Z.Orucun sözlərinə görə, BMT-nin mandatı altında keçirilən belə dünyəvi tədbirə qarşı səfərbər olunan dövlətlər, titullu media şəbəkəsi və beynəlmiləl 3-cü sektor ölkəmizə qarşı sistemli hücum kampaniyası aparır:  “Biz haqlı olaraq, COP 29 və Qarabağ 29 kimi eyni mənanı ifadə edən terminləri işlətməyi haqq edirik. 1991-ci ildən hesabladıqda üzərindən məhz 30 ilə yaxın vaxt keçəndən sonra ölkə başçısının dediyi kimi, biz qlobal layları tərpətməyi bacardıq.  Mahiyyət etibarilə  hər iki məkanda-ərazi bütövlüyü və dünyanın gələcək ekoloji taleyi məsələsində xalqımızın üzləşdiyi haqsızlıqlar, gündəlik hibrid müharibələr yalnız bir məqsədə- yaşadığımız ölkə və regionda bütün hərbi və təhülkəsilzik mühitini məhv etməyə, ekoloji tarazlığı pozmağa yönəlib”.

Deputat qeyd edib ki,qlobal iqlim böhranından çıxış yollarının axtarılmasında yalnız qarşılıqlı əməkdaşlıq böyük səmərə verə bilər. İqlim dəyişikliyi ilə mübarizədə hamı kimi, elm və tədqiqatçılar ordusu həlledici qüvvəyə malikdir. Lakin 500 milyondan artıq əhalinin üzləşdiyi problemin həllinə iqlim maliyəsinin cəmi 2% xərclənir: “Əvəzində Kioto sazişinə qoşulmayan ölkələrin Azərbaycan ətrafında ekoloji deyil, məhz siyasiləşdirdikləri dumanlı, çirkli bir atmosferi görürük. Qarabağda erməni irsinin taleyi, insan haqları, sülh müqaviləsinin Qərbdə maraqlarımızın ziddinə imzalanması və digər süni gündəmi formalaşdıranların bircə faizi uzun illərdir mina ilə çirklənən torpaqlara, indi də təkbaşına mübarizə apardğımız qlobal problemə əl uzadıb bircə kəndi, yaxud küçəni abadlaşdırıb vətəndaşlarımıza verməkdə maraqlı deyillər. Halbuki qlobal iqlim razılaşması o halda mümkündür ki, birinci növbədə, siyasi atmosfer və ədalətli beynəlxalq təhlükəsizlik sistemi yaradılsın. Siyasi iqlim normallaşmasa, ekosistetm-ekoloji coğrafiyada harmoniya olmayacaq”.

“Ölkəmiz iqlim müzakirələrinə meydan olmaqla bütün qitələr və dövlətlər arasında körpüyə çevrilir. İqlim atəşkəsi çağırışının da başlıca mənası Bakını sülh paytaxtına çevirməkdir. Biz həm coğrafi, həm də siyasi baxımdan, körpü olmağa hazırıq”-deyə Z.Oruc bildirib.

Azpost.info

Chosen
14
4
azpost.info

5Sources