EN

Payız-qış mövsümündə dəri xəstəlikləri niyə baş qaldırır?

Havaların soyuması, payızın gəlişi, fəsil dəyişkənliyi bəzi insanlarda sağlamlıq problemləri yaradıb. Belə problemlərdən biri də dəri xəstəlikləridir. Belə ki, əksər insanlar payız-qış mövsümündə dəri xəstəliklərinini baş qaldırmasından gileylənirlər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən dermatoloq Tünzalə Feyziyeva bildirib ki, həssas dəri tipinə malik olan insanlar fəsil dəyişkənliyi zaman dəriləri ilə problem yaşamağa başlayırlar.  Onun sözlərinə görə, belə ki, belə insanların dərisində səpki, qızartı, qaşınma və s. kimi hallar baş verir.

T.Feyziyeva bildirib ki, fəsil dəyişkənliyi səbəbi ilə dəridə yağlılığın dəyişməsi, azalması, quruya meyilli dərilərin formalaşmasında bu cür hallar baş verə bilər. Bundan əlavə dərilərdə qabıqlanma, qaşınma kimi hallar müşahidə olunur.

Tünzalə Feyziyeva, dermatoloq

Müsahibimiz qeyd edib ki, bu cür dəriyə sahib insanlar mütləq üz qulluğuna diqqət etməli, bol-bol nəmləndiricilərdən istifadə etməlidir.

“İstənilən dəri tipinə malik olan insanlar fəsil dəyişkənliyi zaman mütləq ki, dəriyə düzgün qulluq rutini təyin olunmalıdır və buna daimi əməl etməlidirlər”- deyə Tünzalı Feyziyeva vurğulayıb.

Nuriyyə Musayeva

Chosen
11
bakivaxti.az

1Sources