EN

İpoteka və Kredit Zəmanət Fondu 157 milyon manatlıq mənzil alır

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 157 milyon manatlıq mənzil alır.

Bakıvaxtı.az xəbər verir ki, Fond bununla bağlı tender elan edib. Belə ki, tenderdə satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınmasını nəzərdə tutulur. Satın alınması nəzərdə tutulan yaşayış sahələrinin ümumi maksimal sayı 520 ədəd olmaqla, 1, 2, 3 və ya 4 otaqlı olmalıdır. Ehtimal olunan qiymət 157 milyon manatdır.

    Qeyd edilib ki, vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satınalınması Bakı şəhəri ərazisində 7-ci və 8-ci zonalar üzrə həyata keçiriləcəkdir. Təqdim ediləcək yaşayış sahələri eyni binada (və ya bina kompleksində) yerləşməlidir, fərqli bina (və ya bina komplekslərində) yerləşən yaşayış sahələrinin təqdim edilməsinə yol verilmir.

    Chosen
    8
    4
    bakivaxti.az

    8Sources