EN

Zahid Oruc: İqlim dəyişikliyinin aparıcı səbəblərı sırasında insan amili dayanır

Bakı, 22 oktyabr, AZƏRTAC

İqlim dəyişikliyinin aparıcı səbəblərı sırasında insan amili, başqa sözlə sosial amillər durur. Bu baxımdan qlobal iqlim böhranından çıxış yolunun axtarılmasında da ictimai elmlərin qarşılıqlı əməkdaşlığı, birgə tədqiqatların təşkili böyük səmərə verə bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc “COP29 - Yaşıl strategiya, iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzifələr” mövzusunda keçirilən dəyirmi masada söyləyib.

O bildirib ki, ərazi bütövlüyü və dünyanın gələcək ekoloji taleyi məsələsində xalqımızın üzləşdiyi haqsızlıqlar, gündəlik hibrid müharibələr yalnız bir məqsədə - yaşadığımız ölkədə və regionda bütün hərbi və təhlükəsizlik mühitini məhv etməyə, ekoloji tarazlığı pozmağa yönəlib. Ona görə də dünyəvi ideallarla qlobal konfransa hazırlaşan Azərbaycan inkişaf edən ölkələrin iqlim maliyyəsini formalaşdırmaq, onları məsuliyyəti bölüşməyə dəvət etməklə yanaşı, ilk növbədə, bütün Yer planeti qarşısında cavabdehliklərini onlara xatırlatmağa yönəlib.

Chosen
20
azertag.az

1Sources