EN

ABŞ-dan gələn ilk siyasi qaçqına Rusiya vətəndaşlığı verilib

Rusiya prezidenti Vladimir Putin ABŞ-dan Rusiyaya gələn və ilk siyasi qaçqın adlandırılan Con Roblesə Rusiya vətəndaşlığı verib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, Rusiya vətəndaşlığına qəbul və vətəndaşlıqdan imtina haqqında fərmanda deyilir: “Aşağıdakı şəxslərə Rusiya Federasiyasının vətəndaşlığı verilsin: Con Entoni Robles, 10 aprel 1966-cı ildə Amerika Birləşmiş Ştatlarında anadan olub”.

Amerikalı kişi 1996-cı ildə Rusiyaya köçüb, müəllim və beynəlxalq jurnalist kimi işləyib.

Nəşrlərdən birinin Roblesdən götürdüyü müsahibəyə onun sənədlərinin surətləri də əlavə edilib. Roblesə 01 seriyalı qaçqın sertifikatı verilib.

Robles özü özünü hindu adlandırır. Müsahibəsində o, ABŞ-da yaşayarkən belə “Amerika imperializminə qarşı” çıxış etdiyini, kommunist ideyalarına və Rusiyaya maraq göstərdiyini və sonda köçmək qərarına gəldiyini söylətib.

Bundan əlavə, sözügedən fərmanla aşağıdakı şəxslərə də Rusiya vətəndaşlığı verilib:

Livanlı rəssam Daqer Nizar və onun həmyerlisi, jurnalist Fadi Budiye; Moskvanın “Dinamo” komandasının kanadalı xokkeyçisi Sedrik Pakett; "Zenit"in braziliyalı futbolçusu Duqlas Santos; Finlandiyadan olan hüquq müdafiəçisi Yohan Bekman.

RİA Novosti yazır ki, həmçinin Avstraliya əsilli Veronika Mariya Mirosa, perulu Oleq Serxio Berezovskiyə, latviyalı Dmitri Morqunova, erməni Levon Culfalakyana və başqalarına Rusiya vətəndaşlığı verilib.

Musavat.com

Chosen
19
1
musavat.com

2Sources