EN

Unibank Azərbaycan maliyyə bazarı üçün bir ilkə imza atıb

Bakı. Trend:

Unibank Azərbaycan bazarında ilk dəfə olaraq qabaqcıl beynəlxalqstandartlara uyğun, yaşıl istiqraz kimi təsnifatlaşdırıla bilənqiymətli kağızlar buraxır. Bu istiqrazlar, yaşıl maliyyələşmənininkişafına töhfə verməklə, investorlara “dayanıqlı gələcəyə”yatırım etmək imkanı yaradır. Faizli, sənədsiz, adlı, təminedilməmiş istiqrazların tədavül müddəti 36 ay, nominal dəyəri 100manat, illik faiz dərəcəsi 11,5%, kupon ödəniş dövrü hər 3 aydanbir, emissiya həcmi isə 20 milyon manat təşkil edir.

“Unibank KB” ASC-nin İH-nin sədri Fərid Abuşov bildirib ki,müstəqil beynəlxalq qiymətləndirici tərəfindən yaşıl maliyyələşməmeyarlarına uyğun istiqrazların buraxılması təşəbbüsü, milliprioritetlərimizin realizasiyasının dəstəkləməsi və ölkəmizdəmaliyyə sektoru tərəfindən ilk olması baxımından qürurvericidir:“Bu istiqrazlar, maliyyə məqsədlərimizin ətraf mühit və sosialproblemlərin həlli üzrə formalaşan çağırışlar və ölkəmizinsosial-iqtisadi inkişaf strategiyası ilə uyğunlaşdırıldığınıgöstərən əhəmiyyətli təşəbbüslərdən biri olmaqla yanaşı, həm dəCOP29 öncəsi iqlim maliyyələşməsinin inkişafının dəstəklənməsinəyönəlmiş bir addımdır. Yaşıl layihələrin maliyyələşdirilməsiməqsədilə buraxılmış bu istiqrazlar, iqlim dəyişmələrininmitiqasiyası üzrə tədbirləri dəstəkləməklə, dayanıqlımaliyyələşmənin və “yaşıl artım”ın təmin edilməsinə Bankımıztərəfindən töhfə verilməsini hədəfləyir. Yaşıl layihələr dedikdə,biz, qabaqcıl beynəlxalq standartlara uyğun olaraq, enerjisəmərəliliyi, bərpa olunan enerji, təmiz nəqliyyat, dayanıqlıtikinti və digər layihələri nəzərdə tuturuq. Bu layihələrəmaliyyələşmənin artırılması ətraf mühit, sosial və iqtisadidayanıqlığın dəstəklənməsi baxımından zəruridir.

Unibank sədri qeyd edib ki, qabaqcıl beynəlxalq təcrübə vəaparılmış araşdırma nəticələri dayanıqlı maliyyə prinsiplərinin vəESG faktorlarının maliyyə institutları tərəfindən biznesstrategiyasına, korporativ idarəetmə və risklərin idarə edilməsisistemlərinə inteqrasiyasının uzunmüddətli dövrə onlarındayanıqlığının təmin edilməsi üçün zəruri olduğunu göstərir:“Bu, bizim hazırda bu mövzuda requlyatorun da tövsiyələrinəzərə alınmaqla formalaşdırdığımız dayanıqlı maliyyə yanaşmamızıdəstəkləyir. Dayanıqlı maliyyə yanaşmamızın əsas komponentlərindənbiri məhz şəffaflığın və bütün maraqlı tərəflərə hesabatlılığıntəqdim edilməsidir. Bununla bağlı, həm istiqrazlar vasitəsiləmaliyyələşdirilən yaşıl layihələrin irəliləyişi və təsiri, həm dədayanıqlı maliyyə yanaşmamızın digər təşəbbüsləri üzrə şəffaflığınıvə hesabatlılığını təmin edəcəyik”.

Beynəlxalq standartlara uyğun olaraq, yaşıl istiqraz kimitəsnifatlaşdırıla bilən bu qiymətli kağızlar, Astana BeynəlxalqMaliyyə Mərkəzinin müsbət rəyi ilə buraxılır. Qeyd edək ki, birmüddət öncə Unicapital İnvestisiya Şirkəti və Astana BeynəlxalqMaliyyə Mərkəzinin (AIFC) nəzdindəki “Yaşıl Maliyyə Mərkəzi”arasında Referal Saziş imzalanıb. Ekoloji təmiz gələcəyə yatırım etməkistəyən investorlar müraciət üçün linkə keçid edə bilərlər:https://unicapital.az/unibank-istiqrazlari-apply/

İstiqrazlar həm fiziki, həm də hüquqi şəxslər tərəfindən əldəoluna bilər. Bu zaman fiziki şəxslər bütün komissiya xərclərindənvə gəlir vergisindən azad edilirlər. Nominal qiymətin əlçatanlığı,kiçik həcmdə investisiya etmək istəyənlərin bankın yüksək gəlirliyatırım alətindən faydalanmasına imkan verir. Hərrac “Unicapitalİnvestisiya Şirkəti” ASC-nin anderraytinq dəstəyi ilə Bakı FondBirjasında birqiymətli hərrac üsulu ilə (nominal qiymətlə) həyatakeçiriləcək.

Unibank-Sənin Bankın!

Məqalədə:
Chosen
1
11
az.trend.az

10Sources