EN

Bakıda kirayə yolu ilə mənzil almaq üzrə 157 milyon manatlıq layihəyə başlanılır

Bakı. Trend:

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu(İKZF) satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayışsahələrinin alınması ilə bağlı işlərə başlayıb.

Trend dövlət satınalmalarınınvahid internet portalına istinadən xəbər verir ki, Vətəndaşlarıntələbatı nəzərə alınaraq yaşayış sahələrinin satınalınması Bakışəhəri ərazisi üzrə (Nazirlər Kabinetinin 2015-ci il 30 dekabrtarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş Bakı şəhəri, habeləonun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərinə uyğun olaraq7-ci və 8-ci zonalar üzrə) həyata keçiriləcək.
Məlumata görə, təqdim ediləcək yaşayış sahələri eyni binada (və yabina kompleksində) yerləşməlidir, fərqli bina (və ya binakomplekslərində) yerləşən yaşayış sahələrinin təqdim edilməsinə yolverilmir.

Təchizatçılar tərəfindən təklif edilən yaşayış sahələrimülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindənçıxarış və ya daşınmaz əmlaka dair təminat qeydinin aparılmasıbarədə reyestrdən çıxarış əsasında təqdim edilməlidir.
Satın alınması nəzərdə tutulan yaşayış sahələrinin ümumi maksimalsayı 520 ədəd olmaqla, 1, 2, 3 və ya 4 otaqlı olmalıdır. Yaşayışsahələri binada (və ya bina kompleksində) yerləşən mənzillərolmalıdır.

Bina satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə satınalınacaq yaşayış sahələrinin yerləşdiyi çoxmənzilli yaşayış binasıolmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və TikintiMəcəlləsinə uyğun olaraq 2013-cü il 1 yanvar tarixindən sonra inşaedilməlidir.

Yaşayış sahəsinə dair digər tələblərlə bu linkə keçid edərəktanış ola bilərsiniz.

Qeyd edək ki, Fond satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmiüzrə yaşayış sahələrinin satın alınmasının 157 milyon manata başagələcəyini proqnozlaşdırıb.

Chosen
13
az.trend.az

1Sources