EN

Britni Spirs yenə gəlinlik geyindi: Özümlə evləndim!

Keçən il Sem Əsgəridən boşanan müğənni Britni Spirsin son paylaşımı trendə çevrilib.

Kulis.az xəbər verir ki, gəlinlik geyinən ulduz yenidən evləndiyini açıqlayıb.

Üç dəfə evlənən Spirs bunları yazıb:

"Özümlə evləndiyim gün... Bu, utancverici və gülünc görünə bilər, amma, məncə, bu, indiyə qədər etdiyim ən ağıllı işdir".

Müğənni son aylarda yeni albom üzərində işləməsi ilə bağlı iddialara da cavab verib:

"Haqqımdakı bütün xəbərlər cəfəngiyyatdır! Deyirlər ki, kiminləsə albom hazırlayıram. Bir də musiqiyə qayıtmayacağam".

Chosen
21
kulis.az

1Sources