Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Yenisabah.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 22-si günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək.
Oktyabrın 23-ü gündüz və 24-də ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək. vakansiyalar
Telegram kanalımız