EN

Ailə Faciəsi: Hər kəsi Qanına Qəltan Etdi

Türkiyədə şizofreniya xəstəliyindən müalicə aldığı iddia edilən S.A. birlikdə yaşadığı valideynləri ilə bəzi məsələlərdə mübahisə edib və məişət problemləri yaşamağa başlayıb.

News24.az xəbər verir ki, S.A gecə yuxuda olan anası Mintaha Aydın, atası İlyas Aydın və nənəsi Ülfət Aydının başlarına silahla atəş açıb. Daha sonra 112-yə zəng edərək ailəsinin güllələndiyini və yaralandığını bildirib.

Hadisə yerinə polis və tibb qrupları göndərilib. Həkimlər tərəfindən aparılan müayinədən sonra ana və nənənin öldüyü müəyyən edilib. Ağır yaralanan ata İlyas Aydın təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Hadisə zamanı istifadə olunduğu ehtimal edilən silahı evdə aşkar edən polis S.A-nı saxlayıb. S.A-nın ilk ifadəsində qətli etiraf etdiyi öyrənilib.

Günel Məlikzadə

Chosen
19
news24.az

1Sources