EN

Güclü yağışın yollarda yaratdığı fəsadlarla bağlı DİN əlavə qüvvə cəlb etdi

“Hava şəraiti ilə əlaqədar paytaxt yollarında hərəkətin tənzimlənməsi istiqamətində tədbirlər görülür”.

Medianews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial media hesabında bildirib:

“Xidmətə əlavə qüvvə və naryad qrupları çıxarılıb. Hazırda paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması üçün bütün zəruri tədbirlər icra olunur”.

Chosen
4
15
medianews.az

10Sources