EN

Yağıntılı havanə vaxtadək davam edəcək?

Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən verilən məlumata görə, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Xidmətin rəsmisi Gülnarə Abbasova Avtosfer.az-a bildirib ki, müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 22-si günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək. 

“Oktyabrın 23-ü gündüz və 24-də ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək”.

 

Chosen
3
49
avtosfer.az

10Sources