Bakıda ötən gün səhər saatlarında başlayan yağıntılar universitetlərə də təsirsiz ötüşməyib.
Viral.az xəbər verir ki, intensiv yağışlar nəticəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) binasında problem yaşanıb. Akademiyada yağış suları tavandan içəri axıb.
Eyni vəziyyət Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 3-cü korpusunda da baş verib. Yağış suları auditoriyadakı partaların üstünə tökülüb.
Son Yazılar:
- Bu universitetlərdə yağış tavandan içəri axdı
- Bağırov körpüsünü su basdı – Eldar Əzizov hadisə yerində
- HƏMAS yeni liderinin adını AÇIQLAMIR
baku.ws.az-a istinadla sözügedən görüntüləri təqdim edirik:
***
Yağıntılı hava Xəzər Universitetində də bir sıra fəsadlara yol açıb.
Belə ki, universitetin yeməkxanasını su basıb. Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.